Latviyanın kurort şəhərində azərbaycanlının meyiti tapılıb

Latviyanın kurort şəhərində azərbaycanlının meyiti tapılıb
Latviyanın kurort şəhəri Yurmalada azərbaycanlının meyiti tapılıb. 

"Report”un Avropa bürosunun məlumatına görə, bu Latviya vətəndaşı, əslən Azərbaycanın Lənkəran rayonundan olan, 1974-cü il təvəllüdlü İbadullayev Qulu Dadaş oğludur. 
Onun meyiti dəniz kənarında yarıçılpaq vəziyyətdə aşkar olunub. Azərbaycanlının dənizdə çimərkən boğularaq öldüyü ehtimal olunur. 
Q.İbadullayev Latviyada dəfn olunub.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az