Lavrovdan sensasiya: “Putin gəlməmiş Köçəryanı buraxın”

Lavrovdan sensasiya: “Putin gəlməmiş Köçəryanı buraxın”
"Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyanın rusiyalı həmkarı Sergey Lavrovla Slovakiyadakı qeyri-rəsmi görüşü problemsiz keçmədi”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan "İrates” qəzeti yazıb.
Nəşr Rusiyanın baş diplomatının erməni həmkarını soyuq qarşıladığını bildirib:
"Nikol Paşinyandan xoşu gəlməyən Sergey Lavrov bu dəfə erməni nümayəndə heyətini soyuq qarşıladı. Onu da qeyd edək ki, Lavrov rəsmi görüşlərdə heç vaxt Paşinyanın üzünə baxmır.
O, Rusiya Prezidenti Vladimir Putinin oktyabrın 2-də Ermənistana edəcəyi səfərdən əvvəl açıq şəkildə ikinci prezident Robert Köçəryanın həbsdən azad olunmasının vacib olduğunu dedi. Lavrov hesab edir ki, Putin Ermənistana gəlməmişdən əvvəl Köçəryan azad olunmalıdır”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az