Lənkəranskinin qohumu “Neon Palace”da FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ

Lənkəranskinin qohumu “Neon Palace”da FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ
Bakıda məşhur restoranda gənc oğlan faciəli şəkildə ölüb.
 
Miq.az report-a istinadən xəbər verir ki, Nizamı rayonunda yerləşən "Neon Palace” restoranında Lənkəran şəhər sakini 2002-ci il təvəllüdlü Qalib Tacəddin oğlu Əzimov ərzaq daşıyan liftlə tavanın arasında qalaraq dünyasını dəyişib.
 
Faktla bağlı Nizami rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.
 
Qeyd edək ki, dünyasını dəyişən şəxs mərhum kriminal avtoritet Rövşən Lənkəranskinin (Canıyev) qohumu olub. "Neon Palace” restoranının sahibi isə Lənkəranskinin qohumlarıdır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az