Lerikdən 1450 nəfər prezident İlham Əliyevə MÜRACİƏT ETDİ

Lerikdən 1450 nəfər prezident İlham Əliyevə MÜRACİƏT ETDİ

Lerik Şəhər  Zövnə və Züvüc kəndinin 1450 nəfər sakini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.

Miq.az-a daxil olan müraciətdə deyilir:

Möhtərəm Prezident!

Biz Azərbaycan Respublikasının vətəndaşları olaraq Sizə müraciət edirik. Sizin rəhbərliyinizlə yürüdülən daxili və xarici siyasəti dəstəkləyir, ölkəmizin iqtisadi və siyasi cəhətdən çiçəklənməsinə sevinirik.

Çox hörmətli Prezident! 

Biz sizin seçiciniz olmağımızla fəxr edirik. Siz ölkədə sabitliyin, əmin-amanlığın qarantısınız. Özünüz də həmişə çıxışlarınız da qeyd etmisiniz ki, Mən hər bir Azərbaycan vətəndaşının prezidentiyəm.

Məhz buna görə də biz öz prezidentimizə, Sizə müraciət edərik.

Cənab prezident!

Yaşadığımız Zövnə və Züvüc kəndi Yardımlı rayonunun Bilnə kəndi ilə həmsərhəddir. 2018-ci ildə həmin kəndə müasir asfalt yol örtüyü çəkilib. Belə gözəl yolun çəkilməsi üçün imzaladığınız müvafiq Sərəncama görə sizə kənd sakinləri adından öz səmimi minnətdarlığımızı bildiririk. Biz qonşu Lerik rayonunun Zövnə və Züvüc kənd sakinləri də həmin yoldan istifadə edirik. Bizim Respublikaya çıxışımız həmin yol vasitəsilədir. Lakin həmin yol ilə kəndlərimiz arasında 4.5 kilometr torpaq yol var ki, payız-qış aylarında bu yolla hərəkət etmək qeyri-mümkündür. Bu aylar demək olar ki, biz blokada şəraitində yaşayırıq.   
                       
Həmin yolun müasir tələblərə uyğun qurulması üçün lazımi təşkilatlara göstəriş verməyinizi Sizdən xahiş edirik.

Hörmətlə: Zövnə və Züvüc kənd sakinləri adından: Əliyev Elxan, Qasımov Həsənağa ,Səmədov Abbasqulu, Ziyadov Səmidəli, Ağayev Ağabəy 

Miq.Az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az