Levon da Nikoldan ÜZ DÖNDƏRDİ: Qasparyan real gücə çevrilir

Levon da Nikoldan ÜZ DÖNDƏRDİ: Qasparyan real gücə çevrilir

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan Nikol Paşinyandan dərhal istefa verməyi tələb edən Baş qərargahı və onun rəisi Onik Qasparyanı dəstəkləyib.

Ter-Petrosyan ilur.am saytında dərc edilmiş məqaləsində generalların "dövlətçilik mövqeyindən çıxış etdiyini” bildirib.

Keçmiş prezident hərbi komandanlığın narazılığını və ordunu de-fakto siyasi proseslərə çəkmək səylərini tam başa düşdüyünü yazır. "Bunun səbəbi isə baş nazirin alçaldıcı məğlubiyyətə görə ehtiyatsız şəkildə öz günahını ordunun üzərinə atmaq cəhdidir”,-o vurğulayıb.

Ter-Petrosyan bununla belə generalların özlərini "təmkinli aparmasını” və bəzi qüvvələrin ordunu antikonstitusion hərəkətlərə çəkməsinə imkan verməməsini alqışlayır. O, hərbçilərin özünü belə aparmasını "dövlətçilik düşüncəsinin nümunəsi” adlandırır və bildirir ki, generalların hərəkətləri xalqın həqiqi dəstəyinə layiqdir.

Bununla belə Ter-Petrosyan digər keçmiş prezident Robert Köçəryanın hərbi çevrilişi "dövlətin sağlamlaşdırılması vasitəsi” kimi təqdim etməsini təhlükəli adlandırıb və qınayıb.

Xatırladaq ki, ordunun Paşinyanın istefasını tələb etməsi baş nazirin "İsgəndər” raketlərinin "partlamadığı, yaxud 10 faiz partladığı” haqda dediklərindən sonra başlayıb. Belə ki, Paşinyan onun sözlərinə gülən Baş qərargah rəisinin müavini Tiqran Xaçatryanı vəzifəsindən azad edib. Buna cavab olaraq Onik Qasparyan və generallar bəyanatla çıxış edərək Paşinyanın adekvat qərarlar vermək iqtidarında olmadığını bildirib, onu dərhal istefaya çağırıb. Hazırda böhran davam edir. / "Virtualaz.org"


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az