Ölkə çimərliklərində bağırsaq çöpləri normadan dəfələrlə artıqdır - MONİTORİNQ

Ölkə çimərliklərində bağırsaq çöpləri normadan dəfələrlə artıqdır - MONİTORİNQ
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər dənizinin Yalamadan Astaraya qədər olan sahil boyu monitorinqlər keçirib.

Miq.az Trend-ə istinadən xəbər verir ki, monitorinqlər nəticəsində götürülmüş bütün su nümunələrində mikrobioloji göstəricilər, bağırsaq çöpləri normadan dəfələrlə artıq olub.
Məlum olub ki, bütün istirahət və iaşə obyektləri tullantı sularını təmizləmədən Xəzər dənizinə axıdır. Bununla əlaqədar həmin obyektlərə xəbərdarlıq məktubları göndərilib.
Həmçinin, Nabran, Novxanı, Şıx, Sahil, Türkan, Hövsan çimərlikəri ərazisində də mikrobioloji göstəricilər normadan artıq müşahidə olunub. Zaqulba, Buzovna və təmizləyici qurğuların olduğu digər ərazilərdə isə mikrobioloji göstəricilər norma daxilində müşahidə edilib.


Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az