Ölkədə 175 şəxsin vətəndaşlığı ləğv edildi – Şok

Ölkədə 175 şəxsin vətəndaşlığı ləğv edildi – Şok
Şimali Kipr Türk Cümhuriyyəti Daxili İşlər Nazirliyi 175 nəfəri vətəndaşlıq hüququndan mərhum edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ayşəgül Baybars məlumat verib.
Nazir deyib ki, məqsəd kiməsə problem yaratmaq yox, hüquqi dövlət yolunda qanunların əmr etdiyi düzəni qurmaqdır.Onun sözlərinə görə, hüquq-mühafizə orqanları 1200 insanın dosyesini araşdırıb, qanunsuz olaraq 175 nəfərə verilən vətəndaşlıq hüququ ləğv edilib.
Qeyd edək ki, vətəndaşlığı ləğv edilən şəxslər arasında tanınmış məşqçi Giray Bulak da var.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az