Maaşlar nə qədər artacaq? - Komitə sədri AÇIQLADI

Maaşlar nə qədər artacaq? - Komitə sədri AÇIQLADI

Prezident İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında" sərəncam əhalinin pul gəlirlərini artırmaqla yanaşı onların sosial rifahının xeyli dərəcədə yaxşılaşmasına gətirib çıxaracaq.
 
Miq.Az "xezerxeber.az"a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
 
O bildirib ki, artımlar 20 faiz civarında, bəlkə də daha çox olacaq.
 
Komitə sədri vurğulayıb ki, bu sərəncam əhalinin bütün kateqoriyalarına müsbət təsir edəcək.
 
"Sərəncam gələn ilin yanvarın 1-dən tətbiq olunacaq. Vətəndaşlar da bunu şahidi olacaqlar",- deyə Musa Quliyev qeyd edib.
 


Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az