General Bərxudarov: "Düşmənə daha SARSIDICI ZƏRBƏ vurulacaq"-Video

General Bərxudarov:

Generallar danışdı: Aprel savaşı necə başlayıb? 

Aprel döyüşlərinin növbəti ildönümündə yenidən həmin günlərə qayıdırıq. Bu dəfə iki istiqamətdə gedən döyüşlərə başçılıq edən generallar hadisələrin necə başlayıb, necə sonlanması barədə "Xəzər Xəbər"ə danışıblar. Onlar Azərbaycan ordusunun qalibiyyətinin mahiyyətini açıblar, Azərbaycan əsgərinin şücaətindən, ordumuzun hazırlıq səviyyəsindən danışıblar. Onlar əminliklə deyirlər ki, yenidən buna bənzər döyüşlər baş verərsə, Azərbaycan ordusunun zərbələri daha sarsıdıcı olacaq.

Miq.Az xəbər verir ki, hərbi birlik komandiri, general-mayor Hikmət Həsənov döyüşə hazırlığın tam məxfi şəkildə aparıldığını deyib. Maddi-texniki baxımdan güclü olan ordumuz psixoloji baxımdan da hazır olub. Düşmənə heç gözləmədiyi anda əks-həmlə zərbələri endirilib. Nəticədə Ermənistan silahlı qüvvələrinin illərdir gücləndirdiyi mövqelər ordumuzun planlı hücumları ilə yarılıb.

Yəni həmin ərəfədə həm düşmənin diversiya təxribatlarının qarşısı alınıb, həm də əks-həmlə zərbələri üçün planlar hazırlanıb. General-mayor Hikmət Həsənov qeyd edir ki, bu döyüşlər ordumuz üçün bir sınaq idi.

Hərbi birlik komandirinin sözlərinə görə, həmin döyüşlər ərəfəsində düşmən yaşayış məntəqələrimizi vurmaqla mülki əhali arasında çaxnaşma yaratmağa çalışırdı. Ancaq ordumuzun vaxtında atdığı addımlar sayəsində düşmən buna nail ola bilmədi.

General-mayor Mayis Bərxudarov deyir ki, düşmən ordumuzun əsl gücünü və nəyə qadir olduğunu gördü.

Hər bir əməliyyatın öz xüsusiyyəti, tipi və növü var. Azərbaycan ordusunda elə texnikalar var ki, onlar hərtərəfli nəzarəti əldə saxlamağa imkan verir.

Generallar əminliklə deyirlər ki, indiki halda belə bizim hazır vəziyyətdə bir neçə planımız var. Növbəti dəfə belə bir döyüş baş verərsə, düşmənə daha sarsıdıcı zərbə vurulacaq, onların döyüş əzm və iradəsi tam qırılacaq.
[video=http:// ]
Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az