Makronun çıxışı zamanı gözlənilməz hadisə - Video

Makronun çıxışı zamanı gözlənilməz hadisə - Video

Fransa prezidenti Emmanuel Makron Çadın paytaxtı N'Dcamenada xidmət edən fransalı əsgərlərə xitab etdiyi sırada qəribə hadisə baş verib.


Publika.az xəbər verir ki, prezidentin çıxışından sonra Fransanın milli marşı səsləndirilib və o əsnada Makronun yanında dayanan bir əsgər huşunu itirib.

Makron öncə təəccüblənib. Daha sonra onun yanında gözləyərək durumu müşahidə edib. Huşunu itirən əsgərə digər əsgərlər kömək edib.

Hadisə çıxışı və milli marşı canlı yayımla verən Makronun şəxsi tvitter hesabından saniyə-saniyə görüntülənib.

Qeyd edək ki, 4500-dən çox fransız əsgər 2014-cü ildən etibarən terrorla mübarizə çərçivəsində Çadda xidmət edir.

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az