Masallıda dəhşətli yanğın: ölənlər var

Masallıda dəhşətli yanğın: ölənlər var

Masallı rayonu, Təzə Alvadı kəndində ümumi sahəsi 180 m2 olan taxta konstruksiyalardan ibarət iki mərtəbəli 7 otaqlı evin dam örtüyü, 1-ci və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 120 m2 sahədə yanıb.

FHN-dən verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı ev sahibinin oğlu, 1973-cü il təvəllüdlü Əzimov Namiq Kamran oğlu və onun həyat yoldaşı, 1983-cü il təvəllüdlü Əzimova Zeynəb Soltanabad qızının yanmış cəsədləri aşkar olunub.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb, 3 nəfər xilas edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az