Masallıda qohumlarının evlərini və avtomobilini yandıran şəxs tutulub

Masallıda qohumlarının evlərini və avtomobilini yandıran şəxs tutulub
 Oktyabrın 29-da Masallı rayonunun Bədəlan kəndi ərazisində Nicat Həsənova məxsus evdə yanğın baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Miq.az-a verilən məlumata görə, nəticədə 100 kvm. sahədə konstruksiyalar və oradakı əşyalar yanıb, xəsarət alan olmayıb.
Masallı rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evi qəsdən yandırmaqda şübhəli bilinən kənd sakini Taleh Həsənov müəyyən edilərək saxlanılıb. Polis əməkdaşları tərəfindən onun digər analoji cinayət əməllərinin də üstü açılıb.
Belə ki, onun oktyabr ayının 19-dan 31-dək olan müddətdə həmkəndliləri olan qohumları Vüqar Məmmədzadəninevini və Hakim Həsənovun "VAZ-2106” markalı avtomobilini, habelə atasına məxsus yardımçı təsərrüfatı yandırdığı da müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə cinayət işi başlanılıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az