Medvedyevdən erməni generala sərt cavab: Axmaq...

Medvedyevdən erməni generala sərt cavab: Axmaq...

Kalininqrad vilayətində raketdən müdafiə sistemini keçmək planları barədə Amerika generalının söylədikləri axmaq ideyadır.

Publika.az xəbər verir ki, bu haqda Rusiyanın Baş naziri Dmitri Medvedyev bildirib.

Baş nazir Vaşinqtondakı partnyorlarına Səudiyyə Ərəbistanındakı neft obyektlərini qorumağa imkan verməyən müdafiə sistemlərinin vəziyyətinə diqqət yetirməyi tövsiyə edib.

Qeyd edək ki, Medvedyev bununla da ABŞ-ın Avropa və Afrikadakı Hərbi Hava Qüvvələrinin komandanı Ceffri Li Harriqyanın fikirlərini şərh edib. Erməni əsilli Amerika generalı daha əvvəl bildirmişdi ki, ABŞ Silahlı Qüvvələri Kalininqrad vilayətində Rusiyanın hava hücumundan güclü müdafiə sistemini keçməyə imkan verən planlar hazırlayıb.

Əlavə edək ki, ABŞ istehsalı hava hücumundan müdafiə sistemlərinə ("Patriot") malik olan Səudiyyə Ərəbistanının sentyabrın 14-də neft obyektlərinə edilən raket hücumunun qarşısını ala bilməməsi ciddi müzakirə mövzusuna çevrilib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az