Mehman Əliyev azadlığa buraxıldı

Mehman Əliyev azadlığa buraxıldı
"Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev həbsdən buraxılıb.
 
APA-nın məlumatına görə, məhkəmənin bu gün keçirilmiş iclasında onun barəsində həbs qətimkan qərarı dəyişdirilib.
 
M. Əliyev prosesdən çıxandan sonra jurnalistlərə açıqlamasında Azərbaycan prezidenti İlham Əliyevə müraciət etdiyini, müraciətində agentliyin fəaliyyətini xatırlatdığını, barəsində qaldırılmış cinayət işi ilə bağlı istintaqdan yayınmadığını, barəsində seçilmiş həbs qərarının dəyişdirilməsini xahiş etdiyini bildirib.
 
O, saxlandığı zamanı ona normal münasibət göstərildiyini də qeyd edib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az