Mehriban Əliyeva şəhid ailəsinin mənzil problemini həll etdi

Mehriban Əliyeva şəhid ailəsinin mənzil problemini həll etdi

Bu gün "ZƏFƏR Şəhid Ailələrinə Dəstək" İctimai Birliyinin üzvü olan daha bir şəhid ailəsinin ölkənin Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın diqqəti və şəfqəti sayəsində mənzil problemi həll olunub.

Bu barədə Axar.az-a "ZƏFƏR Şəhid Ailələrinə Dəstək" İctimai Birliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, 2018-ci il aprelin 4-də cəbhənin Ağdam istiqamətində şəhid olan baş- leytenant Nurid Abdullayevin ailəsinin yaşadığı mənzil ipoteka ilə alındığından, ailə ödənişi etməkdə çətinlik çəkirdi: "Təşkilatımıza müraciət edən şəhidin həyat yoldaşı Vəfa xanım, himayəsində iki azyaşlı sağlıq problemləri olan övladının olduğunu bildirib, ipoteka ödənişini ödəməyə imkanı çatmadığını qeyd edib.

Biz ailənin mənzil problemi ilə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət etdik. Müraciətimiz tez bir zamanda cavablandırılaraq, həm ailənin hazırda yaşadığı mənzilin ipoteka borcu ödənilib, eyni zamanda şəhid övladlarının müalicəsi Heydər Əliyev Fondunun nəzarətinə götürülüb.

"ZƏFƏR Şəhid Ailələrinə Dəstək" İctimai Birliyi olaraq Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümüzü bildiririk. Hazırkı koronavirus pandemiyası dövründə şəhid ailələrinin problemlərinə xüsusi həssaslıq və diqqət göstərmək, bizim dəyərlərimizə dövlətimiz tərəfindən verilən ən yüksək diqqətdir. Bu, bir daha sübut edir ki, hər bir şəhid ailəsi tək deyild, hər bir şəhid övladı əmanət olaraq qayğı və şəfqətlə qorunur.

Bizlərə, dəyərlərimizə sahib çıxdığınız üçün Sizlərə bir daha minnətdarıq!".

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az