Məktəbdə zorlanan qadının əri Rusiyadan yeni gəlib - ŞOK TƏFƏRRÜATLAR

Məktəbdə zorlanan qadının əri Rusiyadan yeni gəlib - ŞOK TƏFƏRRÜATLAR
Cəlilabad rayonunun Muğan kənd tam orta məktəbində baş verən zorlama hadisəsi ilə bağlı məktəbin direktoru danışıb.

Miq.az bildirir ki, yenicag.az-a açıqlama verən direktor Aygün Məlikova hadisədən dünən xəbər tutduğunu deyib:
"Hadisə ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsi araşdırma aparır. Mən bu barədə dünən xəbər tutdum. Az qala şok keçirəcəkdim. Həmin müəllim Babayev Namiq ibtidai siniflərə dərs deyir, 34 yaşı var. Ailəlidir.. Qadın Bəyim Niftiyeva məktəbimizdə gündüz qaravulçu işləyir. Bir oğlu, bir qızı var,  30 yaşındadır. Əri Rusiyadan bir həftədir ki, qayıdıb. O hadisə məktəbin içində baş verməyib. Hadisə harda baş verib, bunu araşdırandan sonra bilinəcək. Əgər hadisə məktəbdə baş veribsə, mən buna məsuliyyət daşıyıram. Namiq də bu hadisəni məktəbdə törədibsə, buna görə ölçü götürüləcək".
Qeyd edək ki, xəbəri ilk olaraq Report yayıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az