Məmmədyarov-Mnatsakanyan danışıqlarında xüsusi məxfilik

Məmmədyarov-Mnatsakanyan danışıqlarında xüsusi məxfilik

Sabah Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında Qarabağ münaqişəsinin həlli ilə bağlı iki günlük danışıqlar başlayacaq. Danışıqlar prosesə nəzarət edən ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə keçiriləcək.

Virtualaz.org bildirir ki, bu barədə "Nezavisimaya qazeta” məlumat yayıb.

Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı geniş məsələlərə toxunulacaq. Rusiya nəşrinin yazdığına görə, söhbət əvvəlki kimi Madrid prinsipləri adı ilə məşhur olan nizamasalma planından gedir.

"Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqlar, həmişə olduğu kimi, yüksək məxfilik rejimində aparılır. Nazirlərin dəqiq nə söyləyəcəklərii və nəyin müzakirə ediləcəyi məlum deyil. Duman danışıqlardan sonra belə dağılmır - danışıq aparanlar ümumi sözlər və qeyri-müəyyən qiymətləndirmələrlə keçinirlər",-deyə qəzet yazır.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 25-də keçirdiyi mətbuat konfransında bəyan edib ki, Qarabağ tənzimlənməsi ilə bağlı danışıqlar mövzusu dəyişdirilməyib və masa üzərindəki hələ də Madrid prinsipləridir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az