"Mən "işverən" deyiləm" - Rəmişdən canlı yayımda ŞOK SÖZLƏR

Ötən gün "5/5" verilişinin qonaqlarından biri xalq artisti Rafiq Hüseynov (Rəmiş) olub.

Milli.Az xəbər verir ki, verilişin aparıcısı Zaur Kamal Rəmişə suallar ünvanlayıb.
Aparıcı ilə xalq artistinin sözügedən dialoqundan bəzi məqamları təqdim edirik:
Qabaqlar olubmu toydan 10 min qazanasınız, Gülüdən və ya kimdənsə gizlətmək üçün ot tayasının altına qoyasınız?
- Taya yox, maşının qapısının içində bir rezin var e..., 100-lük dollarları orada gizlədirdim. Maşının qapılarının içi 100-lük idi. Sonra, gitaranın içində bir yer var, onu heç kimə demərəm.
Maşında yatmağın rahatlığını indiyə qədər harada almısınız?

- Maşında yatmağın rahatlığını ancaq maşında yatanda almışam. Evimizdə bu dəqiqə dəvə yunundan döşək də var. Amma o rahatlıq orada yoxdur. Allah məni belə yaradıb da. Həmişə rahatlığımdan uzaq olmuşam. 
O vaxtlar deyirlər ən "xod gedən" müğənnilər toydan sonra qumar oynayardılar. O müğənnilərin adını deyə bilərsiniz?
- Yox! Mən "işverən" deyiləm.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az