Mən qalib kimi, II Qaragen isə… - Şeyx üçtərəfli görüşdən danışdı

Mən qalib kimi, II Qaragen isə… - Şeyx üçtərəfli görüşdən danışdı

Üçtərəfli görüş əlbəttə ki, mənim üçün qürurverici idi. Əvvəla, mən qalib kimi, II Qaragen isə məğlub kimi çıxış edirdi.

Miq.Az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan, Ermənistan və Rusiya dini liderlərinin üçtərəfli görüşü barədə danışarkən deyib.

"15 dəqiqə əvvəl necə hazırlaşmışdılarsa, onlar danışdılar. Hətta bəzi məsələlərdə bir dəfə Dağlıq Qarabağ sözü getdi. Mən bildirdim ki, Dağlıq Qarabağ ifadəsi bizdə yoxdur. Ona görə də xahiş edirəm, bunu bir də dilə gətirməyəsiniz. Ondan sonra patriarx bunu bir də dilə gətirmədi”, - şeyx bildirib.

Qeyd edək ki, oktyabrın 13-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün Rusiya Patriarxı Kirill və ermənilərin katolikosu II Qaregin arasında Moskvada görüş keçirilmişdi.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az