“Məni Ukraynaya qaytarın!” – Saakaşvili

“Məni Ukraynaya qaytarın!” – Saakaşvili
"Məni Ukraynaya qaytarın. Mən orada mühakimə olunmaq istəyirəm”.

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu sözləri Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Varşavada keçirdiyi mətbuat konfransında deyib.
"Əgər hər hansı bir şəxs dövlət çevrilişində ittiham olunursa, o, ölkədən çıxarılmır. Ağır cinayətlərdə ittiham olunan bir şəxs ölkə xaricinə buraxıla bilməz. Onlar məni mühakimə edəcəklərmi? Mən məhkəmədə necə iştirak edəcəyəm? Məni Ukraynaya qaytarın! Mən orada mühakimə olunmaq istəyirəm”, – deyə Saakaşvili bildirib. O, prezident Poroşenkonun ondan qorxduğunu vurğulayıb.
Qeyd edək ki, M. Saakaşvili fevralın 12-də Kiyevdəki "Suluquni” restoranında Ukrayna Miqrasiya Xidmətinin tələbi ilə saxlanıldıqdan sonra Polşaya readmissiya edilib. O, ötən ilin sentyabrında məhz Polşadan Ukraynaya daxil olmuşdu.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az