Mərhəmət təbliğ edən Şeyx və nifrət püskürən Katolikos Qaregin

Mərhəmət təbliğ edən Şeyx və nifrət püskürən Katolikos Qaregin

Erməni kilsəsi öz xalqını hara aparır?

Bir müddət bundan əvvəl erməni Apostol Kilsəsinin rəhbəri, katolikos 2-ci Qaregin erməni xalqına müraciətində bəyan etdi ki, Qarabağ heç bir statusda Azərbaycanın tərkibində ola bilməz.

Katolikos daha da irəli gedərək bəyan edib ki, ermənilərin başqa seçimi qalmayıb və xalqı uşaqan böyüyə qədər ölüm-dirim mübarizəsinə səsləyib. Çıxışında beynəlxalq ictimaiyyəti də münaqişəyə susqun mövqe göstərməkdə ittiham edib.

Əgər bu çıxışı edən şəxsin qarşısında keşiş rütbəsini görməsən sanki adama elə gəlir ki, bu sözləri qana susamış hərbi rəhbər deyir. Amma çox təəssüf ki, bu ifadələr ürəyində Allah eşqi gəzdirdiyini idda edən, iman gətirdiyi peyğəmbərin "Öldürmə!” çağırışna səs verən bir dini rəhbərin əsl niyyətini ortaya qoyur.

Azərbaycan Ordusunun işğal altında olan torpaqlarının azad etmək uğrunda apardığı hərbi əməliyyatlar uğurla davam edir. 45 gün ərzində düşmənə vurulan zərbələr nəticəsində 27 ildir işğal altında olan rayon və kəndlərimiz, qəsəbələrimiz azad edilib.

Siyasi və hərbi xaosa düşən Ermənistan Qarabağ münaqişəsinə dini məzmun verməyə cəhd edir. Katalikos Qaragenin son bəyanatarı və çıxışları buna açıq subutdur.

Halbuki o, buna qədər Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ilə apardığı danışıqlarda, görüşlərdə münaqişənin sülh yolu ilə həllinin tərəfdarı kimi çıxış edərək bu yöndə aparılan siyasi prosesi dəstəkləmişdi. Onun xələfləri hələ 1995-ci ildə Qarabağ münaqişəsinin dini məzmun daşımadığını rəsmən bəyan etmişdilər.

Lakin münaqişə hərbi əməliyyat fazasına daxil olduqdan sonra erməni kilsəsi özünün militarist sifətini açıq göstərməyə başladı. Eçməzdinin bu günlərdə yaydığı bütün bəyanatlar, çağırışlar yalnız qan tökməyə, sadə erməniləri onlara aid olmayan torpaqlar uğrunda ölməyə səsləyir. Hələ üstəlik kilsə öz keşişlərinin əlinə silah verərək Dağlıq Qarabağa, cəbhə xəttinə göndərir. Bu, çağdaş dünyamızda dini qurumların tarixində bəlkə də nadir faktlardan biridir.

Kilsə üstəlik Qarabağ ermənilərinə yardım adı altında dünyada pul dilənməsindən utanmır.

Amma bütün bu cəhdlər əbəsdir. Erməni Apostol Kilsəsinin dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara son hərbi əməliyyatlar zamanı dəstək istəməsi o qədər də reaksiya doğrumayıb. Eçməizdinin ümid etdiyi xristian dünyasının dəstəyi yalnız sülh və əmin-amanlıq arzu edən azsaylı dəstək mesajlarından o tərəfə keçməyib.

Bu günlər ərzində katolikos Qaregin ünvanladığı müraciətə yalnız bir neçə cavab ala bilib.

27 oktyabrda Fransa parlamentinin deputatları ilə görüşündə Qaregin nala-mıxa vuraraq gah beynəlxalq ictimaiyyətin köməyi ilə aparılacaq dinc danışıqlara tərəfdar olduğunu vurğulayıb, gah da "Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq” kimi sərsəm açıqlama ilə çıxış edib. Belə ziddiyyətli mövqe erməni kilsəsinin dünyaya yönəlik bütün addımlarında özünü nümayiş etdirir.

Yunanıstan Pravoslavlarının Patriarxı 3-cü Feofil Qareginin məktubuna cavabında danışıqların münaqişənin həllində yeganə və təhlükəsiz vasitə olduğunu bildirib. Anqlikan kilsəsindən, Kenterberri arxiyepiskopu Castin Uelbin qısaca tərəfləri sülhə və dialoqa çağırıb.

Göründüyü kimi katolikos 2-ci Qareginin Dağlıq Qarabağda son hərbi əməliyyatları dünya ictimaiyyətinə "əzabkeş erməni xalqına” olan hucum kimi təqdim etmək cəhdləri alınmayıb.

QMİ sədrinin Qareginin müraciəti ilə bağlı verdiyi bəyanatda erməni kilsəsini öz aqressiv münasibətdə və qızışdırıcı fəaliyyətdə ittiham etdi. "Ermənistan katalikosu II Qareginin son müraciəti, kilsə adından xalqı və hətta uşaqları belə ölümə qədər hərbi savaşa çağırması dini lider olaraq ona baş ucalığı gətirmir və münaqişəyə dini don geyindirmək, daha böyük fəlakətlərə səbəb ola biləcək xristian-müsəlman qarşıdurması kimi təqdim etmək amallarına xidmət edir”.

QMİ sədri 2-ci Qaraginə din xadiminin ən ümdə mənəvi borcu insan həyatını qorumaq və ədalətə söykənmək olduğunu xatırladaraq din xadiminin təcavüzə bəraət verməsini və xalqları qarşıdurmaya sövq etməsini pisləyib.

Bu baxımdan Cənubi Qafqazda sülhün və sabitiliyin təmin olunmasında, dialoq çağırışlarının ardıcıllığında Qafqaz Müsəlmanları İdarəsinin aparıcı rolu bir daha üzə çıxır.

Qarabağ münaqişəsinin ilk günündən problemin sülh yolu ilə həllini dəstəkləyən QMİ və onun sədri Şeyxülislam Allahşükür Paşazadə beynəlxalq ictimaiyyətin diqqətini cəlb edə bildi. Ən müxtəlif platformalarda Azərbaycan dövlətinin sülh mesajını səsləndirən Şeyxülislam bununla ölkəmizin Dağlıq Qarabağla, işğal olunmuş ərazilərimizlə bağlı ədalətli mövqeyini ardıcıl müdafiə edib.

Erməni din xadimləri ilə görüşlərində səmavi dinlərin bəşəri missiyasını daim xatırladan QMİ sədri qan tökməklə, qonşu malına göz dikməklə, insan əzabı üzərində xoşbəxtliyin sonsuz olmadığını bəyan edib. Onun fəalliyyəti nəticəsində Azərbaycanın beynəlxalq müstəvidə formalaşan "dini çətir” ölkəmizin haqlı mövqeyinə verilən dəstəyin nümayişi saymaq olar.

Bunun bariz nümunəsi ötən il keçirilmiş Dünya Dini Liderlərinin Bakı Zirvə görüşü oldu. Müxtəlif səmavi dinləri təmsil edən nufuzlu din xadimləri bəyanat verərək bir daha Azərbaycanın ərazi bütövlüyünə dəstək nümayiş etdirdilər.

QMİ-nin təşəbbüsü ilə ötən illərdə İspaniyada, Almaniyada, Avstriyada, Rusiyada keçirilən beynəlxalq konfranslarda da Qarabağ münaqişəsinin həllində Azərbaycanın ərazi bütövlüyü prinsipi sülhün açarı kimi qeyd olunmuşdu.

Bu günlərdə QMİ sədrinin Dağlıq Qarabağda son vəziyyətlə bağlı dünyanın din xadimlərinə, beynəlxalq təşkilatlara ünvanladığı məktubuna verilən cavablar bu dəstəyin miqyasını göstərən bir indikatordur. BMT Baş katibindən, İslam Əməkdaşlıq Təşkilatından, beynəlxalq təşkilatlardan gələn reaksiyalar Ermənistandan fərqli olaraq Azərbaycanın haqlı mübarizəsinə dəstəyin bariz nümunəsi oldu.

Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycan Ordusunun öz tarixi torpaqlarını azad etdiyini bəyan edərək ölkəmizdə yaşayan hər bir xalqın, o cümlədən erməni icmasının dövlət tərəfindən hüquqlarının qorunduğunu bəyan edib.

Prezident İlham Əliyev bu günlərdə "France 24” televiziya kanalına müsahibəsində Azərbaycanı dini tolerantlıq səviyyəsi çox yüksək olan bir ölkə olduğunu bəyan etmişdi.

"Bu, bütün aparıcı beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı tərəfindən qeyd olunub. Zati-müqəddəsləri, Vatikanın rəhbəri, Roma Papası Fransisk Bakıya səfəri zamanı açıq şəkildə demişdir ki, Azərbaycanda mədəniyyətlərarası və dinlərarası dialoqun səviyyəsi çox yüksəkdir”-deyə Dövlət başçısı vurğulayıb.

Yerevan isə öz nifrət üzərində köklənmiş siyasətinə din amilini də pərçimləyərək etnik-dini dözümsüzlüyü daha da körükləyir.

Ermənistanın raket zərbələri təkcə günahsız mülki şəxsləri hədəfə almır, eyni zamanda Cənubi Qafqazda xalqlar arasında etimadı dağıdan silaha çevrilib. Bunun əsas səbəbkarı isə Yerevan və onun xəstə qarabasmalarından başı gicəllənmiş millətçi rəhbərliyi, siyasi elitasıdır. Azərbaycanın haqq işi uğrunda apardığı davası isə bölgədə ədalətin təmin olunmasına hədəflənib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az