Mərkəzi Gömrük Hospitalının həkimləri beynəlxalq tədbirdə iştirak ediblər (FOTO)

Mərkəzi Gömrük Hospitalının həkimləri beynəlxalq tədbirdə iştirak ediblər (FOTO)

24-25 oktyabr 2019-cu il tarixində Ukraynanın Kiyev şəhərində Ukrayna Səhiyyə Nazirliyi, beynəlxalq təşkilatlar, eləcə də Kalanqos Fondu ilə birgə əməkdaşlıq çərçivəsində beynəlxalq ekspertlərin iştirakı ilə "Ürək Cərrahlarının III Beynəlxalq Rekonstruktiv Ürək Cərrahiyyəsi” konfrası keçirilib.

Görüşdə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Mərkəzi Gömrük Hospitalının ürək cərrahı, tibb elmləri doktoru, Milli Məclisin deputatı Rəşad Mahmudov və Mərkəzi Gömrük Hospitalının ürək cərrahı Kənan Əsədov da iştirak ediblər.

Konfrans zamanı Mərkəzi Gömrük Hospitalının ürək cərrahı Rəşad Mahmudov "Fallo Tetradasında sağ mədəcik çıxış yolu rekonstruksiyasının xüsusiyyətləri” mövzusunda təqdimatla çıxış edib və ölkəmizin ürək cərrahiyyəsi sahəsində əldə etdiyi uğurlardan bəhs edərək auditoriyanın suallarını cavablandırıb.

Moldova, Fransa, Belarus, Yunanıstan, Polşa, Almaniya, Gürcüstan, Macarıstan, ABŞ, Rumıniya, Türkiyə kimi ölkələrdən gələn mütəxəssislər tərəfindən rekonstruktiv ürək cərrahiyyəsindəki yeniliklər, anadangəlmə ürək qüsurlarının cərrahi müdaxiləsindəki inkişaf prosesi, ürək damar xəstəliklərində cərrahi müdaxilədən sonrakı dövrdə ağırlaşmaların qarşısının alınması və digər mühüm əhəmiyyətə malik mövzular ətrafında təqdimatlar edilib, geniş fikir mübadiləsi aparılıb və beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az