Məşhur avtomobil şirkətinə azərbaycanlı rəhbərlik edəcək (FOTO)

Məşhur avtomobil şirkətinə azərbaycanlı rəhbərlik edəcək (FOTO)
"UAZ" və "Ford Sollers" birgə müəssisəsinin baş direktoru Adil Şirinov "Aurus" avtomobilinin istehsalçısı "Aurus" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri vəzifəsinə təyin edilib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Sənaye və Ticarət Nazirliyinin məlumatında bildirilir.

O, iyunun 1-dən "Aurus" MMC-ının baş direktoru vəzifəsini icra edir. Adil Şirinov bu postda Herhard Hilqerti əvəz edib. Qeyd edilir ki, H.Hilqert 2018-ci ildən şirkətə başçılıq edib.

Adil Şirinov 1964-cü ildə Bakıda doğulub. O, bu yaxınlarda "UAZ" və "Ford Sollers" birgə müəssisələrinin baş direktoru vəzifəsini icra etməyə başlayıb. Belə ki, Adil Şirinov mayın 23-də "Sollers” şirkətinin əsas aktivi olan Ulianovsk Avtomobil Zavodunun baş direktoru təyin olunub. 





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az