Məşhur azərbaycanlı çoban universitetə qəbul oldu (VİDEO)

Məşhur azərbaycanlı çoban universitetə qəbul oldu (VİDEO)

Sosial şəbəkələrdə məşhurlaşaraq "O səs Türkiyə” yarışmasına qədər gedib çıxan azərbaycanlı çoban Pərvin Səfərov tələbə adını qazanıb.

Miq.Az xəbər verir ki, Neftçala rayonu Qaçaqkənd kəndində yaşayan istedadlı çoban Azərbaycan Milli Konservatoriyasının Milli Vokal fakültəsində təhsil alacaq.

Təəssüratlarını kult.az-la bölüşən ifaçı aprel ayından imtahana hazırlaşdığını deyib: "Fənlərdən hazırlaşdım, fəaliyyətimi nəzərə alaraq qabiliyyətdən də güzəşt olundu. Nəticələr açıqlanmamışdan əvvəl çox həyəcanlı idim. Ötən il qəbul ola bilməmişdim deyə, məyus olmuşdum. Ümidim bu ilə idi. Bu dəfə də olmasaydı, tələbəlik sevdasından əl çəkəcəkdim. Nəticəni öyrənməyə ürək eləmirdim. Yerlər açıqlananda kənddə idim, qoyunları çıxarmışdım. Dedim, birazdan sms göndərib öyrənərəm. Evə qayıdanda dostum zəng eləyib dedi ki, təbrik edirəm, qəbul olunmusan”.

 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az