Məşhur supermarketdən alınan bulkadan şurup çıxıb – FOTO

Məşhur supermarketdən alınan bulkadan şurup çıxıb – FOTO
Sosial şəbəkələrdə üzərindəki şurupla birgə bişən bulkanın görüntüləri yayılıb.

"Report”un məlumatına görə, həmin un məmulatının Bakıdakı "Neptun” supermarketindən alındığı bildirilib.
Üzərindəki çekdən aydın olur ki, bulka iyulun 8-də alınıb və qiyməti 60 qəpik civarındadır.
"Neptun”dan "Report”a bildirilib ki, supermarketdə satılan bütün məhsullar vitrinə qoyulana kimi bir neçə nəzarətçi tərəfindən yoxlanılır, daha sonra satışa verilir:
"Görüntülərdəki real bir şey deyil. Hər hansı bir anti-reklam olaraq təxribat da ola bilər. Bundan başqa, həmin məhsulun adı açma kaşarlı deyil. Burada ziddiyyətli məsələlər çoxdur”, – supermarketdən bildirilib.


Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az