...məsud YAŞA

...məsud YAŞA

 
Yəhya Babanlı,
Tarix üzrə fəlsəfə doktoru

Tarixinə sahib çıxmayanlara tarix sahib çıxmayacaq! Əksinə, tarixlə yaşayanlar tarixdə yaşadılacaqdır. Hər bir dövlətin tarixi onun şöhrəti və hər bir xalqın keçmişi onun şərəfidir. 
Bu həyati vacib əhəmiyyətli missiyadır, öhdəsindən layiqincə gəlmək lazımdır.

Necə ki, deyiblər: 

"Əgər keçmişə atəş açsan, gələcək səni topa tutacaqdır”.

Bu bir aksiomadır: 1918-ci ildə dərin düşüncə - geniş ziya sahiblərimizin səyi nəticəsində Azərbaycan adlı coğrafi ərazidə  Azərbaycan Xalq Cümhuriyyəti (AXC) adlı siyasi təsisat yaradılmasaydı, yəni, suveren dövlət elan edilməsəydi, 1991-ci ildə müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikasının taleyi sual işarəsi ilə müəyyən olunurdu.

5 min illik tarixə malik bir yerdə ilk dəfə etnik-milli fundamentinə söykənərək təşəkkül tapan AXC yüksək üstünlükləri, bütün avantajlarıyla nəinki regionda, hətta bütünlükdə Şərqdə bir favorit olmağı bacardı.

Avropada Fransa, Amerikada ABŞ kimi, AXC Asiyada milli instinklə bəşəri təhtəlşürda özünü realizə edə bildi.

Təbii ki, bu sarkal səltənəti xələflərinə ərməğan edən sələflər daim minnətdarlıqla yad edilməlidir.

Əgər, Fransa XIV Lüdovikin, ABŞ C.Vaşinqtonun simasında öz istiqlaliyyəti ilə öyünürsə, biz niyə AXC-nin öndəri M.Rəsulzadəni öyməliyik?.

İstər Böyük Heydər Əliyevin, istərsə də Prezident İlham Əliyevin AXC ilə imzaladığı dövlətçilik ilə bağlı Fərman və Sərəncamlarda varislik məsələsini və tarixi-keçmişimizə, ən əsası xələflərinin sələflərlərinə sonsuz ehtiram borcu olmalarının ön plana çəkdiklərini görürürük.

Bəllidir ki, tarixi şəxsiyyətlərə dəyər verən şəxsiyyət özünü tarixə həkk etmiş olur.

Əks təqdirdə, silinən silinir!

Haşiyə çıxmaq yerinə düşər:

Çox əfsuslar olsun ki, bu xüsusda bir neçə gün öncə xoşagəlməz hadisənin şahidlərindən birinə çevrildik.

Ermənistanın daltonik Baş naziri tarixi keçmişimizə əl atdı və tarixi şəxsiyyətimizə dil uzatdı. Ağ-qara "şəkil”də sərsəmlədi, lentləri monoton palitrası ilə bəzəmək istədi və yalanı palan etdi.
Biz, buna seyirci qaldıq.

(Qeyd: M.Rəsulzadə bütün varlığı ilə Azərbaycanın istiqlaliyyətini düşünürdü. Ona görə bu, şöhrət və şərəf missiyası idi. Buna nail olmaq uçün hər bir vəclə çalışırdı. Bu gerçəyi tarixi faktlara söykənib əsaslandırmaq mümkündür. Məhz burada faşizmdən yox, Almaniya (III reyx) ilə Azərbaycan (AXC) münasibətləri müzakirə mövzusudur və bu dünya ictimaiyyətinə bəyan edilməlidir)

Belə ki, çağdaş tarix yaradan və yazan - artıq şanlı 100 illiyini qeyd etdiyimiz Cümhuriyyətin qurucusu olan Rəsulzadəyə tutarlı faktlarla tutarlı şəxslər tərəfindən cavab verilmədi.
Elə Baş nazirə Baş nazir səviyyəsisində və ya AMEA-nın Tarix İnstitutu, yaxud digər elmi-tədqiqat müsəssisələri tərəfindən arqument ortaya qoyulmadı.
Ona görə ki, AXC irsini araşdıracaq mərkəzi yoxdur?!

Yaxşı olar ki, bu nəzər-diqqətə alınsın.

Konstitutsiyada Azərbaycan Respublikasının AXC-nin varisi olduğu təsbit edilsin.

Gəlin, hər şeyi Dövlət Başçısının üzərinə qoymayaq. Axı O, təşəbbüs və təklifləri dəyərləndirəndi.

Görünür ki, AXC-nin davamı olan AR-nın Nazirlər Kabineti (Baş nazir) sarıdan bəxti elə AXC-nin özü kimi gətirmir?!
Hələ bunu demək istəmirəm...
Bir sözlə, yeni nəsil olaraq tariximizin şöhrət və şərəf missiyasının daşıyıcılarıyıq.
Buna sahib çıxmalıyıq. 
Yoxsa, gələcək gəlməyəcək...

Keçmişdən gələcəyə -
Qoy, bir kərə göylərə yüksələn üç rəngli - sönməyən ay və səkkizguşəli ulduzlu müqəddəs bayrağımız bir daha enməsin!

Hamımıza əzəli və əbədi MİLLİ BAYRAM diləyirəm!
 
Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az