Millət vəkili dekanı "VURDU", “Xural” qəzetini tənqid etdi: Yalan, böhtanla...

Millət vəkili dekanı

Doğrusu, mən də bu məsələni təsadüfən mətbuatdan oxudum və çox təəccüb etdim. Belə məsələlərdə jurnalistlər dəqiqləşdirmə aparsalar, daha yaxşı olardı.

Miq.Az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı Modern.az-a son vaxtlar Azərbaycan Dillər Universitetinin əməkdaşının işindəki nöqsanlarla bağlı YAP Nəsimi rayon təşkilatının adının hallandırılmasına münasibət bildirərkən deyib.

"Çox təəssüf ki, bəzi mətbuat səhifələrində Azərbaycan Dillər Universitetində əmək münasibətləri zəminində baş vermiş bir hadisəni yanlış və yalan məlumatla şişirtməyə çalışırlar. YAP Nəsimi rayon təşkilatının sədri kimi bildirmək istərdim ki, partiyanın Rəşid Behbudov küçəsi 134 üzrə İlk Ərazi təşkilatının Qadınlar Şurasının Vüsalə Ağabəyli adlı sədri yoxdur. Görünür, o, özü özünü sədr elan edib.

Çünki onun bu vəzifəni daşıması üçün Qadınlar Şurasının hesabat seçki yığıncağı keçirilməlidir. Bu seçkilərin keçirilməsi isə partiyanın nizamnaməsinə uyğun olaraq, bu il nəzərdə tutulub. Vüsalə Ağabəylinin çalışdığı universitetdə qarşılaşdığı əmək mübahisəsində partiyanın adının hallandırmağa çalışması görünür, onun vaxtilə "Xural” qəzetində qazandığı qərəzli təcrübədən və zərərli peşə vərdişlərindən qaynaqlanır. Universitet müəllimi kimi yaxşı olar ki, o, üzləşdiyi problemlə bağlı yalan, qarayaxma və böhtan vasitələrindən deyil, qanununun aliliyindən istifadə etsin” – o bildirib.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az