Millət vəkili Mir Şahinin müdafiəsinə qalxdı: "Anadan, bacıdan bixəbər hansısa..."

Millət vəkili Mir Şahinin müdafiəsinə qalxdı:

Fazil Mustafa: "Anadan, bacıdan bixəbər hansısa düdəmənin biri Mir Şahini təhqir edirsə..."

Millət vəkili Fazil Mustafa əməkdar jurnalist, teleaparıcı Mir Şahin Ağayevin onu təhqir edənlərə qarşı işlətdiyi cavab vermə haqqını müdafiə edib.

Miq.Az bildirir ki, millət vəkili bu barədə şəxsi "facebook” səhifəsində paylaşıb.

Həmin yazını təqdim edirik:

"Mir Şahin kimi sözün gerçək mənasında peşəkar və istedadlı bir media kapitanının televiziya kanalı açması çox müsbət haldır. Azərbaycan istedadlı və peşəkar insanların qıtlığını yaşayan ölkədir, olub-qalan az sayda istedadlıları da qaragüruhçu zehniyyətlə linç etməyə imkan tanımaq olmaz. Məlum ifadəsinə gəldikdə isə, bunu adamın şəxsiyyətini təhqir edənlərə qarşı işlətdiyi mənada anlamaqda nə çətinlik var? Anadan, bacıdan bixəbər hansısa düdəmənin biri durub adamın peşəkar fəaliyyətini tənqid etmək əvəzinə, anadan, bacıdan başlayıb adamın şəxsiyyətini təhqir edirsə, hətta Mir Şahinin bu formada cavab vermə haqqını da tanımaq istəmirsiniz? Burada tərbiyəli və mədəni insanlara qarşı hansısa pis ifadə işlədilməyib ki? Ünvan bəlli, daha nədən rahatsızlıq yaranır? Kimisə sevməyə borclu deyilsiniz, fikrini, çıxışını bəyənmirsiniz tənqid edin, bu tamamilə sivil bir davranışdır. İndi adamın ailəsini, şəxsiyyətini təhqir edəndə deyirsiniz cavab da verilməsin?
Mir Şahinə yeni və dar nəfəslikdə mümkün qədər ekoloji təmiz söz havası arzulayıram”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az