Millət vəkili Rəşad Mahmudovun komandasından ANAYA 8 Mart hədiyyəsi - Körpə həyata qaytarıldı

Millət vəkili Rəşad Mahmudovun komandasından ANAYA 8 Mart hədiyyəsi - Körpə həyata qaytarıldı

2 aylıq körpə üzərində uğurlu əməliyyat icra olunub.

Bakı Ürək Mərkəzində ürək-damar cərrahı, t.ü.e.d. Dr. Rəşad MAHMUDOVun rəhbərliyi altında ürək-damar cərrahı Natiq MİRZƏYEV tərəfindən çəkisi 2,5 kq olan körpədə uğurlu əməliyyat icra olunub.

Xəstə 7 aylıq doğulub və 2 ay ərzində təkrarlanan pnevmoniyaya görə xəstəxanada müalicə alıb. Bakı Ürək Mərkəzinə müalicə ilə keçməyən ciddi təngnəfəslik, ürək çatışmazlığı ilə müraciət edilib. Təcili əməliyyata götürülüb. Hazırda xəstənin ümumi vəziyyəti stabildir.

Bu da R.MAHMUDOVun 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə körpənin anası Mirxədicə Dadaşovaya ən böyük hədiyyəsi oldu. 

Onu da qeyd edək ki, son iki həftə ərzində çəkisi Bakı Ürək Mərkəzində 4 kq-dan az olan yenidoğulmuş azçəkili üç körpə üzərində uğurlu ürək əməliyyatları tətbiq olunub.

Ürək qüsurlu yenidoğulmuşların sağlamlığının qorunması istiqamətində dövlətimiz tərəfindən əsaslı tədbirlərin həyata keçirildiyini vurğulayan millət vəkili Rəşad MAHMUDOV artıq azçəkili körpələr üzərində də belə mürəkkəb ürək əməliyyatlarının aparılmasını ölkə səhiyyəsinin uğuru hesab etdiyini bildirib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az