Milyonlarla insan öləcək: Ekspertlər SOS siqnalı verdi - Naməlum epidemiya gəlir

Milyonlarla insan öləcək: Ekspertlər SOS siqnalı verdi - Naməlum epidemiya gəlir

Dünyada milyonlarla insanın naməlum yeni epidemiyadan öləcəyinə dair xəbərdarlıq edilib.

Bu açıqlama ilə Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri çıxış edib. 

"Science Alert "in yazdığına görə, "İks  xəstəliyi” adlandıırılan infeksiyanın milyonlarla insanın həyatına son qoyulacağı gözlənilir.

İndiqə qədər qeydə alınmayan infeksiya həmçinin dünyanı əhatə edən infeksiyalar siyahısına daxil edilib. Siyahıya Nigeriyada yayılan Lassa və 2014-2015-ci illərdə 11 nəfərin ölümünə səbəb olan Ebola kimi viruslar salınıb. Həmçinin mütəxəssislər Krım-Konqo, Marburq, Zika viruslarını da siyahıya daxil edib.

Milyonlarla insan üçün təhlükə mənbəyi olacaq naməlum xəstəlik də "İspanka" qripi kimi yayıla bilər. Mütəxəssislər bu hesabla narahatlıq üçün ciddi əsas görür və potensial təhlükəni aradan qaldırmaq üçün tədbirlər hazırlanmasını vacib sayır.

Qeyd edək ki, naməlum xəstəliklə bənzərliyi verilən "İspanka” qripi 1918-1919-cu illərdə qeydə alınıb. 550 milyon insan bu qripə yoluxub ki, onlardan da 100 milyona yaxını ölüb. /Cebhe.info/

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az