Mirşahin Ağayevin qardaşı azadlığa çıxdı

Mirşahin Ağayevin qardaşı azadlığa çıxdı

Real TV-nin rəhbəri Mirşahin Ağayevin dələduzluqda təqsirləndirilən qardaşı Mirəddin Ağayev azadlığa çıxıb. 

Miq.Az Unikal.org-a istinadən xəbər verir ki, Mirəddin Ağayevin səhhətində ciddi problem yarandığı üçün bir neçə gün bundan öncə məhkəmənin qərarı ilə şərti cəza ilə sərbəst buraxılıb. 

Qeyd edək ki, M. Ağayev Qəzənfər Davud oğlu Qəzənfərov adlı şəxsin Səbail rayon Polis İdarəsinə şikayəti əsasında istintaqa cəlb olunmuşdu. O, D. Qəzənfərovun 2 min manatını, daha 3 vətəndaşın isə ümumilikdə 86 min manat məbləğində vəsaitini dələduzluq yolu ilə mənimsəyib. 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun hökmü ilə Mirəddin Ağayev 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az