MN: Azərbaycan tərəfinin atəşkəsi pozması barədə məlumat dezinformasiyadır

MN: Azərbaycan tərəfinin atəşkəsi pozması barədə məlumat dezinformasiyadır
Müdafiə Nazirliyi monitorinq zamanı Azərbaycan tərəfinin guya atəşkəs rejimini pozması barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayanın yaydığı məlumata cavab verib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Ermənistan tərəfinin yaydığı bu məlumat yalan və dezinformasiyadır: "Monitorinqdə iştirak edən beynəlxalq missiyanın nümayəndələri də atəşkəs rejiminin pozulması faktını qeydə almayıblar”.
Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 31-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində monitorinq keçirilib.
MN-dən bildirilib ki, monitorinq insidentsiz başa çatıb.
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az