Moskva Ermənistanı danışıqlar prosesindən çıxarmaq istəyir

Moskva Ermənistanı danışıqlar prosesindən çıxarmaq istəyir
Rusiyanın Qarabağla bağlı yeni fətvası

"Kreml Ermənistana yeni quyu qazır”.
İrəvan və Moskva arasında uçurumun dərinləşməsi barədə materiallar erməni KİV-lərinin baş xəbərinə çevrilir.
"Rusiya bizimlə şantaj və ultimatum dilində danışır”,- deyə yerli mətbuat yazır. Özü də artıq söhbət Rusiya silahının Azərbaycana satılmasından getmir. Belə görünür ki, bu mövzu artıq köhnəlib. Söhbət Ermənistanla Rusiya arasında münasibətlərin pisləşməsindən gedir.
Hətta bu yaxınlara qədər ermənipərəst mövqedə dayanan bir sıra siyasətçilər tərəfindən Azərbaycana tərəfə artan reveranslar İrəvan mətbuatını çox narahat edir. Bu, Ermənistan silahlı qüvvələrinin NATO tərəfindən Gürcüstanda keçirilən təlimlərdə iştirakından sonra baş verib. Moskva KİV-ləri artıq Ermənistan hakimiyyətini əvvəl bağlanmış müqavilələrə sadiqliyinə şübhə edirlər.
Yada salaq ki, bu Cənubi Qafqaz respublikası Rusiya tərəfindən yaradılmış Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) blokuna daxildir. Misal üçün, erməni KİV-ləri rusiyalı ekspert Stanislav Tarasovun məqalələrinə istinad edirlər. O, bu yaxınlara qədər ermənilərin dostu sayılırdı.
Ermənilərin iddia etdiyi kimi onlarla qədim dostluğu malik olan bu ekspert bu gün Kremlə təklif edir ki, Ermənistanın qərbyönümlü satqın hakimiyyətini Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesindən çıxarmaq və qondarma rejimlə birbaşa əlaqələr qurmaq lazımdır.    
Heç kimin şübhəsi yoxdur ki, bu təşəbbüs Moskvaya məxsusdur, bununla göstərmək istəyir ki, burda evin yiyəsi odur. Amma erməni KİV-ləri iddia edirlər ki, Kreml Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın daxili işinə çevirmək istəyir və rəsmi Bakı da buna razıdır.
Nə qədər absurd olsa da, erməni KİV-ləri hətta onu da iddia edirlər ki, Rusiya bu modeli artıq Abxaziya və Cənubi Osetiya münaqişələrinin nizamlanması prosesində tətbiq edib. Buna görə düşünürlər ki, əgər İrəvan Rusiyanın atdığı bu tilova keçərsə, onda Dağlıq Qarabağdan bir dəfəlik əlini üzəcək. //İstipress.com
 
Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az