Moskva gözəli kraldan fantastik məbləğdə təzminat istədi

Moskva gözəli kraldan fantastik məbləğdə təzminat istədi
Malayziyanın keçmiş kralı V Məhəmmədə yaxın mənbənin verdiyi məlumata görə, onun keçmiş həyat yoldaşı, "Miss Moskva 2015” titulunun sahibi Oksana Voyevodina boşandıqdan sonra ondan "astronomik” bir məbləğ tələb edib. 

"Daily Maily” xəbər verir ki, gözəllik kraliçasının özü hələ məlumatın doğruluğunu təsdiqləməyib.

Anonim mənbələrə görə, Voyevodina sultandan Moskvada 1,2 milyon funt sterlinq (2,5 milyon AZN) dəyərində mənzil, Londonda 8 milyon funt sterlinq (16,8 milyon AZN) dəyərində ev və övladını saxlamaq üçün aylıq 24 min funt sterlinq (50,3 min AZN) pul tələb edib.
Qeyd edək ki, cütlüyün toyu 2018-ci ilin noyabrında baş tutub. Toydan sonra V Məhəmməd taxtdan imtina edib. Cütlüyün boşanması ilə bağlı məlumatlar bu il iyulun 17-də yayılıb. Bildirilib ki, kral həyat yoldaşı ilə iyulun 1-də rəsmən boşanıb.//Oxu.az
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az