Moskvada azərbaycanlı başından güllələndi VİDEO

Moskvada azərbaycanlı başından güllələndi VİDEO

Güllələnən şəxs iş adamı olub

Rusiyada azərbaycanlı güllələnib. İstiPress-n Rusiya mətbuatın istinadla verdiyi məlumata görə, qətl hadisəsi paytaxt Moskvanın cənubunda baş verib.

Qətlə yetirilən şəxs 49 yaşlı Rafiq Əliyevdir. O, qara və əlvan metalların alışı və satışı ilə məşğul olan iş adamı kimi tanınıb.

Şahidlərin sözlərinə görə, R.Əliyev "Qazel" markalı avtomobilini Xarkov keçidində saxlayaraq yaxınlıqda yerləşən anbara tərəf gedib. Bunun üzərindən 10 dəqiqə keçməmiş ölüdülüməsi barədə məlumat daxil olub.

Bir neçə güllə yarası alan R.Əliyev həkimlər gələnə kimi hadisə yerində keçinib. Güllələrdən ikisi onun başına atılıb. 

Azərbaycanlı sahibkarın qohumunun sözlərinə görə, R.Əliyevin heç kimlə münaqişəsi olmayıb. O, qardaşının ölümünün işi ilə bağlı olması faktına da inanmır. 

İlkin məlumata görə, qətl sifarişlə törədilib. Faktla bağlı cinayət işi açılıb. Qətlin motivi araşdırlır. 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az