Mübariz Mənsimovdan XƏBƏRDARLIQ: "Mənim adımdan istifadə edib..."

Mübariz Mənsimovdan XƏBƏRDARLIQ:

"Son zamanlar bəzi TV kanalları internet TV-lər, köşə yazarları, blogerlər, mənim  və şirkətimin adından sui-istifadə edərək silsiləli verilişlər hazırlayırlar. Biz də sizin kimi bu verilişlərdən və yazılardan işıq üzü görəndə xəbər tuturuq. Mənim və şirkətimin adından danışan hər kəsdən xahiş edirəm ki, mənim rəyim və razılığım olmadan bu tip yazılar və verilişlər hazırlayıb efirə verməyin. Nəticədə belə güman edilir ki, bu verlişlər (yazılar) mənim sifarişimlə və maliyyə dəstəyimlə hazırlanır.
Mən bu günə qədər heç bir media şirkətinə 1 qəpik də olsun belə nə vermişəm nə verərəm, heç bundan sonra da maliyyə ayırmağı düşünmürəm. Heç bir medianı maddi cəhətdən dəstəkləməmişəm və bundan sonra da belə olacaq."

Miq.Az xəbər verir ki, bu sözləri "Palmali" şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov özünün feysbuk səhifəsində bildirib:

"Belə verilişlər mənim xəbərim olmadan hazırlanır. Bu verilişlərin məzmunu idarə etdiyim "Palmali" şirkəti ilə və mənimlə razılaşdırılmır. Bu səbəbdən razılaşdırılmamış xəbərlərin yayılmasını doğru saymıram. Bu xəbərləri yayaraq bizi alətə çevirməniz səhv addımdır.
Mən iş adamıyam. İşim gəmilərlə və gəmiçilərlədir. Bu çətin vaxtda bir də boş söhbətlərə alət etməyin bizi. Mənim adımdan istifadə edib yayılan xəbərlərin dayandırılmasını tələb edirəm. Bu tərz xəbərləri pisləyir və bu şəkildə mənə verilən özlərinə məxsus dəstəyi  istəmir və qəbul etmirəm."
 
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az