Müdafiə Nazirliyi təlimlərin görüntülərini yaydı - VİDEO

Müdafiə Nazirliyi təlimlərin görüntülərini yaydı - VİDEO

Genişmiqyaslı təlimlərin planına əsasən, həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonları istiqamətində hərəkət edir.


Bu barədə  Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qoşunların idarəedilməsi tələblərə uyğun olaraq, gizli və operativ şəkildə həyata keçirilir. Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.

Təlimin hazırkı mərhələsinin şərtlərinə uyğun olaraq, qoşunlar nəzərdə tutulan tədbirləri icra edir.







İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az