Müğənni Xatun rəqqasə Fatiməni döydü

Müğənni Xatun rəqqasə Fatiməni döydü
Müğənni Xatun rəqqasə Fatimə Fətəliyevanı döyüb.

Miq.az ölkə.az
-a istinadən xəbər verir ki, hadisə rəqqasəyə məxsus məkanda baş verib. Bildirilir ki, tərəflər arasında münaqişə Xatunun da xına evi açmasından sonra yaranıb:
"Xatun xına mərkəzi açandan sonra əlli faiz endirim elədi. Bu da Fatimənin xoşuna gəlmədi. Ondan sonra aralarında münasibətlər gərginləşdi. Fatimə də buna görə Xatunun qardaşı Balaşı işdən çıxardı. Dava zamanı Fatimənin qızı da ordaydı. Qız heç nəyə qarışmadı, halı pisləşdi”.
Əməkdaşımız məsələylə bağlı rəqqasə Fatiməylə əlaqə saxlamağa çalışıb. Rəqqasənin telefonuna cavab verən meneceri Aytac Bayramzadə faktı təsdiqləsə də, baş verənlər barədə danışmaq istəmədiklərini söyləyib:
"Fatimə xanım bu barədə danışmaq istəmir. Elə bu cür də yazın. Çünki hər şey daxildə danışılıb, bitib. Hazırda sənət fəaliyyətinin iyirmi illiyinə hazırlaşır.  Adının belə qalmaqallarda hallanmağını istəmir. Heç bir xəsarəti yoxdur”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az