"Müharibə Ukraynanın qələbəsi ilə başa çatacaq" - Zelenski


Rusiyanın ölkəmizə qarşı müharibəsi yalnız Ukraynanın qələbəsi ilə başa çatacaq.

Miq.Az xəbər verir ki, bunu Ukrayna przidenti Volodimir Zelenski Amerikanın NBC telekanalına müsahibəsində deyib.

"Müharibə mütləq başa çatacaq. Əminəm ki, bu, nə qədər ağır olsa da, bizim üçün nə qədər ağır olsa da, Ukraynanın qələbəsi ilə başa çatacaq. İşğalçıları öz torpağımızdan sıxışdırıb çıxarmalıyıq. Biz bacardığımız qədər edəcəyik. Bu, bizim həyatımızdır, bizim yolumuzdur. Müharibə başqa necə başa çata bilər, elə belə”, - deyə Zelenski bildirib.

O vurğulayıb ki, dünyanın Rusiyaya uduzmağa haqqı yoxdur, çünki o zaman demokratiya uduzur.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az