Müştərinin 30 min manatlıq qızıllarını oğurlayan şəxs tutulub

Müştərinin 30 min manatlıq qızıllarını oğurlayan şəxs tutulub
"Bazarstore” super marketində müştərinin 30 min manatlıq qızıllarını oğurlayan şəxs tutulub.

Miq.az xəbər verir ki, bu, 32 yaşlı Fuad Hacıyevdir.
Həmin şəxsin mağazanın təhlükəsizlik kameralarının köməkliyi ilə tapıldığı bildirilir.
Oğurlanmış qızılların taleyi barədə isə məlumat yoxdur.
Fakt üzrə araşdırmalar davam etdirilir.
Qeyd edək ki, üç gün əvvəl "Bazarstore”un Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən mağazasında Abik Davidoviçə məxsus içərisində 30 min manatlıq qızıl-zinət əşyaları olan çanta oğurlanmışdı.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az