Nailə İslamzadədən YÜNGÜL əxlaqlı qızlara XƏBƏRDARLIQ -VİDEO

Nailə İslamzadədən YÜNGÜL əxlaqlı qızlara XƏBƏRDARLIQ -VİDEO

"Adamyeyən, insanlığını itirmiş birisindən çəkiliş..."

Tanınmış jurnalist Nailə İslamzadə feysbuk səhifəsində maraqlı status yazıb:

"Hörmətli həmkarlarım və facebook istifadəciləri! Bildiyiniz kimi, bu yaxınlarda tamaşaçıların istəyi ilə 2001-ci ildə efirə gedən "Ailələlər, talelər" verilişindən adamyeyən, insanlığını itirmiş biri ilə çəkilmiş süjet paylaşmışdım. Görürəm ki, qısa bir zamanda süjet yayılmış və yüz minlərlə insan izləmişdir. Ona görə də bu açıqlamanı verməli oldum. Bildiyiniz kimi, bu verilişdə sosial, huquqi problemlərlə yanaşı, əxlaqi dəyrləri ilə öyündüyümüz Azərbaycan ailəsində obyektiv və subyektiv amillərin sayəsində baş verən mənəvi aşınmalar barədə "həyacan təbili" çalınırdı. Süjet göstərilən veriliş də mənəvi-əxlaqi problemlər üzundən ailələrin qarşılaşdığı çətinliklərə həsr olunmuşdu və mən bu zəmində iki bacısını öldürmüş bir qardaşı çəkmək üçün ədliyyə nazirliyinin nümayəndəsi ilə ağır cinayətlər törədənlər saxlanılan tədridxanaya getmişdim. Bu manyakı çəkməkdə məqsəd heç də sensasiya doğurmaq deyildi. Bu sadəcə yüngül əxlaqlı qızlara xəbərdarlıq idi. Sonuncu sualı simvolik olaraq vermişdim, cavabı da göstərdi ki, barəsində ancaq ölüm hökmü olmalıdı. Bunu başqa yerə yozmaq lazım deyil."

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az