"Nasosnıdan QALXAN qırıcı Xocalıda Sarkisyanın olduğu təyyarəni vurmaq əmri alıb"- General TƏSDİQLƏDİ


"Ermənistan rəhbərliyi erkəkli-dişili hərbi geyimdə, hərbi kamuflyaj edilmiş helikopterlərlə gəlib torpağımıza bizə göz dağı verir. Bir azərbaycanlı, bir qarabağlı kimi şəxsən vurub məni öldürsəydilər, bundan yaxşı idi. Bundan sonra gəl ay Rəşad "Vurarıq! Dağıdarıq! Sökərik" açıqlaması ilə çıxış elə, görüm necə edirsən. Kim inanacaq? Bizimki "zorlanan mollanın dar gün üçün gəzdirdiyi qılınc"a bənzədi."

Miq.Az xəbər verir ki, bu sözləri açıqlamasında jurnalsit Rəşad Süleymanov qeyd edib: 

"Mənim Səfər Əbiyev dövründə Müdafiə Nazirliyi ilə olan problemlərimi həmkarlarımın çoxları bilir. Amma "yüz dəfə imama ağlayanda, bir dəfə də Yezidi ağlamaq lazımdır" məsəli də var. Əldə etdiyim məlumata görə, 2010-cu ildə ermənilər Xocalı aeroportunu açılışını etmək istəyəndə Əbiyev Hava Hücumundan Müdafiə Qoşunlarımıza Sarkisyan təyyarəsi də daxil olmaqla, Qarabağa uçan bütün təyyarə və helikopterləri vurmaq göstərişi verib. 2010, 2011 (Sarkisyanın şəxsən gələcəyi açıqlaması vardı) və 2012-ci illərdə HHM qoşunları bununla bağlı hesablamalar aparıb, texnikalar atış nöqtələrinə çıxarılıb. Hətta Sarkisyanın birinci uçuş cəhdində Nasosnıdan qalxan təyyarəmiz (pilotun kimliyini də bilirik) və Qarabağ cəbhəsindəki HHM sistemimiz onu vurmaq üçün hazır olub. Ermənilər özləri də etiraf eləmişdilər ki, Azərbaycan ZRK-nin tuşlandığını aşkarlayan Ermənistan prezidentinin təyyarəsi dövlət sərhədində 30 km qalmış geri dönməyə məcbur olub."-deyə jurnalist bildirib.

Rəşad Süleymanov qeyd edir ki, bununla bağlı həmin vaxt HHM Qoşunlarında xidmət edənlər daha geniş və dəqiq məlumat verə bilərlər. Jurnalist onu da əlavə edir ki, həmin vaxt Mülki Aviasiya Administrasiyası da işğal altındakı ərazilərimizin hava məkanının qapadılması üçün zəruri olan daxili və beynəlxalq prosedurları hazırlayıb İCAO ECAC səviyyəsində qəbul etdirib:

"2016-cı ilin aprel ayının 4 və ya 5-də dəqiq unutmuşam, ermənilər həmsədrlərin Xankəndində olmasından istifadə edib Xocalı aeroportuna İrəvandan Su-25 təyyarələrini gətirmək istəyirdi. Onda da aeroportun uçuş eniş zolağı və texniki xidmət mərkəzi DSX tərəfindən "Harop" ilə vuruldu və düşmən planını reallaşdıra bilmədi. Bu it balalarından birini vursaq, bir də nəinki helikopter, heç çərpələng də uçurmağa cəhd eləməzlər."-deyə Süleymanov qeyd edir.

Jurnalist Rəşad Süleymanovun bu açıqlamasını Müdafiə Nazirliyində Hərbi Hava Qüvvələrinin komandanı olmuş  ehtiyatda olan general-mayor Altay Mehdiyev də təsdiqləyib:


General-mayor Altay Mehdiyev

"Bəli o zaman Xocalı aeroportunun açılışını etmək istəyirdilər. Biz bütün dünyaya xəbərdarlıq etmişdik ki, Qarabağ səmasında Azərbaycanın icazəsi olmadan heç bir təyyarə uça bilməz. Odur ki, Ermənistan prezidenti Serj Sarkisyanın da iştirakı ilə planlaşdırlımış bu açılışa HHQ imkan vermədi. Əgər onlar Xocalı aeroportuna gəlsə idilər, içərisində kimliyindən asılı olmayaraq, o təyyarə Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən vurulmalı idi. Çünki belə əmr almışdıq. Düşmən tərəfi prezident səviyyəsində onlara yaşadığımız itkilərin necə ağır olduğunu bilib, Xocalı aeroportuna təyyarə ilə gəlməkdən imtina etdilər."-deyə general bu faktı təsdiq edir.

O zaman HHQ-də vəzifədə olmuş, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov da sözü gedən hadisə ilə bağlı faktı təsdiq edərək qeyd edir ki, Sarkisyanın olduğu təyyarə havada olarkən təhlükəni hiss etidyindən geri qayıdıb. Silahlı Qüvvələrimizin Hava Hücumundan müdafiə sisteminin döyüş hazırlığı vəziyyətinə gətirilməsini təyyarədə hiss ediblər:

Polkovnik Rövşən Məhərrəmov

"2011-ci ilin mart -aprel ayında HHQ-də xidmət edirdim. Əgər nə isə yalnış yazsam, general Altay Mehdiyev səhvimi düzəldər və yalanımı üzə çıxarda bilər. Ermənistan prezidenti Xankəndində yerləşən aeradromun ilk açılışında iştirak etmək üçün uçuş həyata keçirməli idi.  Səfər Əbiyev göstəriş verdi ki, düşmənimizin dövlət başçısı əgər uçuşu həyata keçirərsə, həmin təyyarə mütləq vurulmalıdır. Hesablama qrupu qabaqda idi, texnikalar önə çəkilmişdi, əlavə olaraq Nasosnıdan qırıcı təyyarəmiz qalxıb  raket zərbəsi endirməli idi. Hesablamaya görə təyyarə Xankəndi aeradromunda döngü həyata keçirib oturan zaman vurulmalı idi. Hətta dəqiq zərbə endirmək üçün 60 km ucan raket almışdıq.  Sarkisyanın da içində olduğu təyyarə havada olarkən hiss etdi ki, HHQ-də müdafiə sistemimiz işləkdir və təyyarənin vurulacağını bilib prezident təyyarəsi geri döndü."-deyə ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov qeyd edib.

Miq.Az 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az