Nazarbayevdən RUSİYAYA MARAQLI MESAJLAR-Milli oyanış...

Nazarbayevdən RUSİYAYA MARAQLI MESAJLAR-Milli oyanış...


Nazarbayev son vaxtlar əlindən gələni edir ki, Rusiyadan asılı olmasın. Doğru da edir.

Miq.Az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Nazarbayev son çıxışlarında türkçülükdən və türk etnosunun böyüklüyündən çox danışır, gənclərə bununla bağlı öyüd-nəsihət verir:

"Nazarbayev sanki bununla əlaqədar bir neçə il əvvəl "vaxtilə Qazaxıstan adlı dövlət olmayıb” deyən rusiyalı həmkarı Putinə mesaj göndərir ki, biz böyük xalqıq”.

Politoloq vurğulayıb ki, Nazarbayevin bugünlərdə hökuməti istefaya göndərməsi də Kremldə bu sualı gündəmə gətirib:

"Nazarbayev nə etmək istəyir, beynindəki plan nədən ibarətdir?” Məsələ burasındadır ki, yaşlı Nazarbayev özünə varis seçməlidir və Kreml ehtiyat edir ki, bu seçim Rusiyanın maraqlarına uyğun olmaya da bilər. Nazarbayevin son qərarı da diqqəti çəkir. Qazaxıstanın milli pul vahidinin üzərindən rus dilindəki yazılar çıxarılıb. O biri tərəfdən Nazarbayev dönə-dönə deyir ki, qazaxlar 3 dildə danışmağı bacarmalıdırlar: qazax, rus və ingilis. Halbuki, əvvəllər yalnız iki dilin vacibliyindən danışılırdı. Nazarbayev hökumətin və parlamentin iclaslarının qazax dilində aparılması tələbini də qoyub. Bir sözlə, Nazarbayevin başçılığı ilə Qazaxıstanda milli oyanış prosesi gedir".

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az