Nazir Anar Rzayevə vəzifə verdi - Təyinat

Nazir Anar Rzayevə vəzifə verdi - Təyinat
Təhsil naziri Ceyhun Bayramovun əmri ilə Anar Rzayev UNEC-in Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru vəzifəsinə təyin olunub.

Universitetdən verilən məlumata görə, Anar Yaşar oğlu Rzayev 1973-cü ildə anadan olub. Bakalavr təhsilini Xəzər Universitetində alıb. "ACTP” tələbə mübadiləsi müsabiqəsində Bakıda, sonra isə Moskvada qalib gələrək təhsilini ABŞ-ın Nyu-York ştatının Sirakuz Universitetinin Yutika Kollecində davam etdirib.
Dosent A.Rzayev bu vəzifəyə qədər UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru olub.
Rəhbərlik etdiyi dövrdə Beynəlxalq İqtisadiyyat Məktəbi II ixtisas qrupu üzrə hazırlaşan abituriyentlər arasında ən populyar fakültə kimi tanınıb. 2 il ard-arda DİM-in qəbul imtahanlarından 700 bal toplayan abituriyentlər məhz Beynəlxalq İqtisadiyyat Məktəbini seçiblər. 2017/18-ci tədris ilində II ixtisas qrupu üzrə Prezident təqaüdünə layiq görülən 23 gəncin 17-si hazırda UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində ingilis dilində təhsil alır.
A.Rzayev UNEC-in "Beynəxalq iqtisadiyyat” (ingilis dilində) kafedrasının dosentidir. Azərbaycan, ingilis, rus və fars dillərini mükəmməl bilir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az