Nazir məktəb direktorunun döyülməsi ilə bağlı: Qəbuledilməzdir...

Nazir məktəb direktorunun döyülməsi ilə bağlı: Qəbuledilməzdir...
Təhsil naziri Ceyhun Bayramov Bakıda məktəb direktorunun döyülməsi hadisəsinə münasibət bildirib.

Miq.az  Trend-ə istinadən xəbər verir ki, C.Bayramov bu gün keçirdiyi mətbuat konfransında deyib ki, aktyor Rza Rzayev tərəfindən 175 saylı məktəb direktorunin döyülməsi halı Azərbaycan cəmiyyəti üçün nadir, qeyri-adi haldır:
"Azərbaycan cəmiyyətində həmişə müəllimə böyük hörmət görmüşük. Müəllimə qarşı fiziki gücün tətbiqi qəbuledilməzdir. Biz bilirik ki, hüquq-mühafizə orqanları araşdırma aparırlar. Hesab edirəm ki, bu işə düzgün hüquqi qiymət veriləcək".

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az