Neft Daşlarında HADİSƏ: Neftçi yoldaşını bıçaqlayıb öldürdü

Neft Daşlarında HADİSƏ: Neftçi yoldaşını bıçaqlayıb öldürdü
Dekabrın 12-də saat 11-50 radələrində Neft Daşlarında SOCAR-ın "Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma bölməsinin fəhlələri Əsgərov Anar Təbriz oğlu və Xalıqov Azər Ədalət oğlu arasında məlum olmayan səbəblərdən şəxsi zəmində qarşıdurma baş verib.
 
Bu haqda Miq.az-a SOCAR-dan məlumat verilib.
 
Məlumata görə, nəticədə Anar Əsgərov Azər Xalıqova bıcaqla xəsarət yetirib. A.Xalıqov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.
 
Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilib, araşdırma aparılır. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az