Neft hasilatı 2,2 milyon ton azalıb

Neft hasilatı 2,2 milyon ton azalıb
2017-ci ilin yanvar-iyul aylarında Azərbaycanda neft hasilatı 22 mln. 500,6 min ton təşkil edib.

Miq.az  Dövlət Statistika Komitəsinin aylıq hesabatlarına istinad edərək bildirir ki, bu göstərici 2016-cı ilin analoji dövrü ilə müqayisədə 8,9% və ya 2,2 milyon ton azdır (2016-cı ilin yanvar-iyulunda 24 mln 700 min ton).
Qeyd edək ki, yanvar-iyul aylarında ölkədə 22 mln. 471,9 min ton əmtəə nefti (azalma 8,9%) hasil olunub.
Energetika Nazirliyi 2017-ci ildə Azərbaycanda neft hasilatını 40 mln. ton səviyyəsində proqnozlaşdırır. Ancaq yeddi ayın neft hasilatının nəticələri onu deməyə əsas verir ki, cari ildə ölkədə ən yaxşı halda 38,5 milyon ton "qara qızıl” hasil etmək mümkün olar.
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az