Neftçilər Xəstəxanasına yeni baş direktor təyin olundu

Neftçilər Xəstəxanasına yeni baş direktor təyin olundu
Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş direktor təyin olunub.

Bu barədə "Report”a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova məlumat verib.
S.Əhmədova qeyd edib ki, bu vəzifəyə Bakı Sağlamlıq Mərkəzinin keçmiş baş həkimi Hikmət Həsənov gətirilib.
H.Həsənov "Report”a açqılamasında bildirib ki, artıq dünəndən yeni vəzifəsinin icrasına başlayıb.
O, publik hüquqi şəxs statusu alan Bakı Sağlamlıq Mərkəzində ixtisara düşdüyünə görə işdən çıxarıldığını deyib.
Qeyd edək ki, Mərkəzi Neftçilər Xəstəxanasının keçmiş baş direktoru Leyla Seyidbəyli öz ərizəsi ilə vəzifədən azad olunub. Bakı Baş Səhiyyə İdarəsinin əmrinə əsasən, Leyla Seyidbəyli 7 saylı doğum evinə baş həkim təyin olunub.
Qeyd edək təyinatla bağlı ilk xəbəri unikal.org saytı yayıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az