Nəzakət Rzazadə qaçırıldığı üçün intihar edib? – Atası

Nəzakət Rzazadə qaçırıldığı üçün intihar edib? – Atası
Fevralın 24-də Babahüseyn Məmmədovun atası mənə xəbər göndərdi ki, sənin qızını oğlum qaçırdıb və iş-işdən keçib.

Miq.Az "Axar.az"a istinadən xəbər verir ki, ötən gün özünü dənizə ataraq intihar edən Tibb Universitetinin tələbəsi Nəzakət Rzazadənin atası Müğdət Rzazadə deyib. O bildirib ki, qızı intihar edəcəyi barədə qabaqcadan oğlana məlumat verib:

"Qızımın qaçırıldığını biləndə əsəbləşmişdim. Nəzakət təhsilinə görə 5 il Bakıda yaşayıb, semester imtahanlarını verib, fevralın 3-də rayona gəlmişdi. Ayın 16-da da kənddən özüm qızımı Bakıya yola saldım. Hadisədən sonra oğlan indi özünə gəlib. Dediyinə görə, guya qızım ona zəng edib, deyib ki, biabır olmuşam, özümü dənizə atmağa gedirəm. Mənim qızım intihar edəcək ağılda deyildi”.

Tibb Universitetinin mətbuat katibi Günel Aslanova da saytımıza açıqlamasında bildirib ki, Nəzakət Rzazadənin qaçırılması barədə onlarda məlumat yoxdur:

"N.Rzazadə normal, oxuyan tələbə olub. Biz də hadisənin şokundayıq. Semester imtahanlarından sonra ötən həftə dərslərdə də iştirak edib. Davamiyyətində heç bir problem olmayıb. Onu Babahüseyn Məmmədovun qaçırması barədə isə bizdə məlumat yoxdur”.

Qeyd edək ki, mətbuatda Tibb Universitetinin tələbəsi, 1998-ci il təvəllüdlü Nəzakət Rzazadənin bulvarda intihar etməsi və sevgilisi Balahüseyn Məmmədovun onu xilas etmək üçün özünü dənizə atması barədə məlumat yayılmışdı. İntihara səbəb ailələrin onların münasibətinə qarşı çıxması olduğu bildirilsə də, qızın ailəsi bunu saytımıza təkzib etmişdi.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az