Nikaha daxil olmaq istəyənlərdən 12-də sifilis, 12-də QİÇS aşkarlanıb

Nikaha daxil olmaq istəyənlərdən 12-də sifilis, 12-də QİÇS aşkarlanıb
Bu ilin iyun ayı ərzində nikaha daxil olmaq üçün 13 063 nəfər müayinədən keçib”.

Bunu "Report”a Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib.
Onun sözlərinə görə, onlardan 213 nəfərdə talassemiya daşıyıcılığı, 12nəfərdə sifilis, 12 şəxsdə isə QİÇS aşkarlanıb: "Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 2 olub".
Z.Əlimirəzyeva deyib ki, 2015-ci ildən indiyədək 568 163 nəfərdə qan müayinəsi aparılıb: "19 848 cütlükdən birində talassemiya daşıyıcılığı, 212 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 1801 nəfərdə sifilis, 512 nəfərdə HİV(QİÇS) qeydə alınıb".


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az